Modern.az

Paşinyan: “Azərbaycan lideri ilə danışıqlara hazıram”

Paşinyan: “Azərbaycan lideri ilə danışıqlara hazıram”

8 May 2018, 13:22

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçilmək üçün parlamentin xüsusi iclasında qatılıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Amma hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar prosesində Minsk Qrupunun sənədlərində də göstərildiyi kimi Qarabağ hakimiyyəti tamhüquqlu iştirakçı olmadan həll edilə bilməz. Məsələ yalnız bu zaman öz həllini tapa bilər

 

Bundan başqa, Paşinyan Ermənistan ordusunun gücləndirilməsinə xüsus diqqət yetirəcəyindən və qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının vacibliyindən danışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?