Modern.az

Paşinyanın yeni nazirlərindən biri ayağını Qarabağda itirib

Paşinyanın yeni nazirlərindən biri ayağını Qarabağda itirib

Qarabağ

15 May 2018, 09:50

Ermənistanda yeni hökumətin formalaşması prosesi bir neçə gün əvvəl tam başa çatdı.

 

Modern.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın yaratdığı hökumətdə üzvü olduğu “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri ilə yanaşı, digər siyasi qüvvələrin üzvləri də yer alıb.

 

Maraqlıdır ki, ölkənin ədliyyə naziri postuna Qarabağ döyüşlərində iştirak etmiş 49 yaşlı Artak Zeynalyan təyin olunub. Zeynalyan müxalifətdə olan “Respublika” partiyasının üzvüdür.

 

O Qarabağ müharibəsi zamanı bir ayağını itirib və 2-ci qrup əlildir.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür