Modern.az

Azərbaycan Paşinyanın vəziyyətini AĞIRLAŞDIRA BİLƏR

Azərbaycan Paşinyanın vəziyyətini AĞIRLAŞDIRA BİLƏR

15 May 2018, 10:16

Ermənistandakı “məxməri inqilabın” lideri, yeni baş nazir Nikol Paşinyanın yürüdəcəyi siyasətin Qarabağ probleminə hansı təsiri gözlənilir?

Mayın 9-da işğal altındakı Şuşa və Xankəndi şəhərlərinə gələn N.Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız Yerevanın adından danışmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir. Bununla da Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda tərəf kimi iştirakına işarə edib.


Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı verdiyi açıqlamalar Bakıda tənqidlə qarşılanıb.


Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın Qarabağ münaqişəsilə bağlı siyasətində hələ ki ciddi bir dəyişiklik görünmür.


“Paşinyan faktiki olaraq xarici siyasət, Qarabağ məsələsində eks-prezident Serj Sarkisyanın siyasətini davam etdirir. Başa cür olması da gözlənilən deyil. Çünki Ermənistanın elə bir siyasətçi yoxdur gəlib desin ki, Qarabağ Azərbaycanındı. Təəssüf  ki, bu, Ermənistanın reallığıdır. Paşinyanın Qarabağa təxribatçı səfəri və verdiyi təxribaxçı açıqlamalar ondan xəbər verir ki, yeni baş nazir olsa da, Sarkisyanı devirsə də, Qarabağ məsələsində dəyişiklik gözləyə bilmərik”.


Politoloq deyib ki, dəyişikliyi özümüz etməliyik.

“Paşinyan yaxın müddətdə Ermənistan ordusunda itkiləri görsə, çarə tapmaq məcburiyyətində qalacaq. Ona görə də Paşinyanın vəziyyəti Sarkisyanın vəziyyətindən də ağırdır. Hamı Sarkisyana öyrəşmişdi, seperatçı idi, hamı onun siyasətini bilirdi. Paşinyan isə yeni gəlib və yeniliklər vəd edir. Əgər Qarabağ siyasətində yenilik olmasa və Azərbaycan ordusu təzyiqi davam etdirsə, Paşinyan hansısa bir addım atmaq məcburiyyətində qalacaq. Ona görə Paşinyana dövləti idarə etmək Sarkisyandan da ağır gələcək. Mənə elə gəlir ki, biz təşəbbüsü ələ almaq üçün yaxşı bir fürsət də yaxalamışıq. Amma diplomatik, iqtisadi və hərbi amillərlə Paşinyanın vəziyyətini daha da ağırlaşdıra bilərik”.

E.Şahinoğlu bildirib ki, Paşinyan Ermənistanda vəziyyəti düzətmək üçün islahatlar aparmalıdır.  

“Paşinyan ilk olaraq sosial problemlərin həllinə nail olmalıdır. Amma bunun üçün zəmin varmı?... Bu qədər pulu onlara kim verəcək?.. Bundan başqa da Azərbaycan və Türkiyə ilə münasibətləri düzətmədən, sərhədləri açmadan, regional layihələrdə iştirak etmədən Ermənistanın heç bir gələcəyi yoxdur. Bunların baş verməsi üçün isə torpaqlarımızı boşaltmalıdır. Ona görə mən düşünmürəm ki, iqtisadi islahatlar sahəsində çox böyük uğura imza ata bilərlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu