Modern.az

Ermənilər Xocalıda şadlıq evi tikir

Ermənilər Xocalıda şadlıq evi tikir

Qarabağ

15 May 2018, 14:06

Ermənistan diasporunun topladığı ianələr hesabına Azərbaycanın işğal altındakı Xocalı qəsəbəsində şadlıq evi tikilir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 150 yerlik şadlıq evi icma mərkəzi ilə eyni binada yerləşəcək.

 

Mərkəzdə komputer otağı, kitabxana, inzibati otaqlar və tibb məntəqəsi də olacaq. Tikinti işlərinə “Hayastan” fondunun Kanadanın Toronto şəhərində fəaliyyət göstərən filialı dəstək olacaq.

Şadlıq evinin bu ilin sonlarında isitfadəyə veriləcəyi gözlənilir. Bundan əvvəl, Xocalıda 70 uşaq üçün bağça da açılmışdı. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür