Milli Məclisin iyun ayındakı 2 növbədənkənar iclasının vaxtı bəlli olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin iyun ayında keçriləcək ilk növbədənkənar iclası iyunun 12-də keçiriləcək.
Daha sonra ikinci iclas iyunun 29-da baş tutacaq.
Həmçinin bildirilib ki, gündəlikdə olan məsələlərin sayı çox olduğundan ola bilər ki, 3-cü növbədənkənar iclas da keçirilsin.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.