Modern.az

Xaricdən Azərbaycana ölü donor gətirməyə icazə veriləcək  

Xaricdən Azərbaycana ölü donor gətirməyə icazə veriləcək  

5 İyun 2018, 09:45

Azərbaycanda ölü donorun və orqanlarının xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək

 

Modern.az-ın məlumatına  görə, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.

 

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı