Modern.az

Azərbaycan yazıçısı beynəlxalq təşkilatda həmsədr oldu

Azərbaycan yazıçısı beynəlxalq təşkilatda həmsədr oldu

5 İyun 2018, 15:45

Azərbaycan yazıçısı Varis (Varis Yolçuyev) beynəlxalq statuslu yüksək vəzifəyə - Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsinə təyin olunub.

Modern.az xəbər verir ki, bu mötəbər qurumda həmsədrlik missiyasını yazıçımız Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrlə birgə icra etməyə başlayacaq ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.

Həmsədrlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır. Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı İctimai İnteqrasiya Modelinin formalaşdırılmasını təmin etmək hesab edilən Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə daha çox önəm verilməsinə xidmət edir.

Yazıçımız təyinatla bağlı əməkdaşımıza verdiyi açıqlamasında belə yüksək beynəlxalq tribuna əldə etməyimdən böyük qürur duyduğunu, fürsətdən istifadə edib Azərbaycanımıza, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?