Modern.az

Zaqatalanın deputatları zəlzələ bölgəsində - “İnsanların təlaş içində olması...”  

Zaqatalanın deputatları zəlzələ bölgəsində - “İnsanların təlaş içində olması...”   

6 İyun 2018, 10:30

İyunun 5-də yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində yeraltı təkanlar qeydə alınıb.

 
Modern.az saytı hadisə ilə bağlı bölgənin deputatları ilə əlaqə saxlayıb.

“Dünən axşam zəlzələ baş verən zaman dərhal köməkçim mənə məlumat verdi. Mən də rayonla əlaqə saxladım. Rayon icra başçısı insan tələfatının və ciddi fəsadların olmadığını bildirdi. Şükürlər olsun ki, insan tələfatı yoxdur”.


Bunu Modern.az-a açıqlamasında 111 saylı Zaqatala-Balakən seçki dairəsindən seçilən deputat Kamilə Əliyeva deyib.

Xanım deputat bildirib ki, hazırda zəlzələ olan əraziyə gedir.

“Səhər açılandan rayonla əlaqə saxlamaqda davam edirəm. Dağıntılar köhnə tikililərdə daha dərindir. Zəlzələ təbii hadisədir. Heç birimiz təbii hadisələrdən sığortalanmamışıq. İnsanların təlaş içində olması normaldır. Bir müddət əvvəl də Zaqatalada zəlzələ baş vermişdi. O zəlzələ daha dərin idi. Sanki insanlar o zəlzələdən sonra kiçik təkanlara alışmışdılar. Hazırda hadisə baş verən yerə gedirəm. İlkin məlumatları mətbuatla bölüşməyə çalışacam”.

110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilən Elşən Musayev Modern.az-a rayonda baş vermiş zəlzələnin törətdiyi nəticələr barədə son məlumatları verib.

 

Deputat hazırda Zaqatala rayonunda olduğunu bildirib.

 

“Gəlməzdən əvvəl köməkçimlə əlaqə saxlayıb, müəyyən tapşırıqlarımı vermişəm. Zaqatalada dünən 5,5 bal gücündə zəlzələ olub. Amma bəzi media orqanlarının yazdığı kimi böyük və qorxulu bir şeylər olmayıb. Yalnız köhnə tikililərə, əsasən də Suvagil kəndində 2 mənzilə ziyan dəyib. O da ki, köhnə zəlzələnin vaxtından olan fəsadın davamı olub. Onlar da yarımqəzalı vəziyyətdə ev olublar. Düzdür, axşam saatlarında insanlarda böyük bir panika yaşanıb. Məndə olan ilkin məlumata görə, ən əsası təlafat, itki və heç bir dağıntı yoxdur”.

Qeyd edək ki, Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

Yeraltı təkanlar yeni 2 km dərinliyində 5,5 maqnituda gücündə olub. Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu