Modern.az

Dövlət Agentliyinə yeni rəhbər TƏYİNATI...  

Dövlət Agentliyinə yeni rəhbər TƏYİNATI...   

10 İyun 2018, 14:15

...Önümüzdəki günlərdə gerçəkləşəcək


Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün  Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi  yaradılıb.

Həmin sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Onun texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri yeni Dövlət Agentliyinə verilib.

Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bu agentliyə birləşdirilib.

Beləliklə də Nazirlər Kabinetinin tərkibində yeni bir mərkəzi icra hakimiyyəti orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi formalaşdırılıb.


Modern.az saytının məlumatına görə, hazırda Nazirlər Kabinetinin tərkibində rəhbəri təyin olunmayan yeganə qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Bəs bu qurumla bağlı təyinat nə zaman gerçəkləşəcək?

Nazirlər Kabinetindən verilən məlumata görə, hazırdaStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi barədə 20 aprel 2018-ci il tarixli sərəncamı icra etmək məqsədi ilə, Nazirlər Kabinetinin Ləğvetmə Komissiyası işləyir. Çünki ləğv edilmiş komitənin bəzi səlahiyyətləri yeni yeni Dövlət Agentliyinə verilib.

Agentliyin rəhbər təyinatına gəlincə, bunun ölkə başçısının səlahiyyətindəki məsələ olduğu vurğulanıb. Hələ ki yeni qurumun strukturu da tam formalaşdırılmayıb.

Amma önümzdəki günlərdə ölkə başçısının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə bağlı təyinat barədə sərəncam verəcəyi istisna edilmir.



A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir