İctimai Televiziyanın yeni baş direktoru Balakişi Qasımov bir neçə gün bundan əvvəlki açıqlamasında müasir Azərbaycanda müasir televizyanın olması üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
O, həmçinin İTV-nin işçilərinə mesaj da verib: “İşləməyi bacaranlar narahat olmasınlar".
Modern.az sayt İctimai Teleradioda hansı yeniliklərin olacağı barədə məlumat almaq üçün Balakişi Qasımovla əlaqə saxlayıb.
O, əməkdaşımıza yaxın vaxtları gözləməyi məsləhət görüb:
“Hələlik İctimai TV-dəki yeniliklərlə bağlı heç bir açıqlama vermirik. Ancaq yaxın vaxtlarda yeniliklərlə bağlı açıqlama olacaq. Yaxşı olar ki, yaxın vaxtları gözləyək. Hazırda ətraflı nəsə deyə bilməyəcəm”.