Modern.az

Rahib Qərib  “Real” TV-dən niyə ayrıldı?..  

Rahib Qərib  “Real” TV-dən niyə ayrıldı?..   

Media

12 İyun 2018, 17:19

Tanınmış hərbi jurnalist  Rahib Qərib  “Real” TV ilə yollarını ayırıb.

 

Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı jurnalist özü də təsdiqləyib. O, saytımıza açıqlamasında “Real” TV-dən uzaqlaşmaqla,  heç də  jurnalistikadan uzaqlaşmadığını, əksinə,  sərbəst fəaliyyətə başladığını bildirib:

“34 illik jurnalist fəaliyyətim var. Bu müddətdə rəsmi mətbuatda, rayon qəzetində, “Azərbaycan” Nəşriyyatında, AzTV-də, daha sonra Müdafiə Nazirliyinin  kino-telestudiyasında çalışmışam. İndi isə sərbəst fəaliyyət göstərmək istəyirəm, ilk dəfə “Youtube” üzərindən  1992-cı  ildən müharibə şəraitində yaşayan  Azərbaycanın  “teleməkanı necə olmalı!" nümunəsini göstərəcəyəm. 

 

“Real” TV-də isə lazımi qədər – iki ay fəaliyyət göstərdim.  Amma mən daha geniş  çapda fəaliyyətimi “Real”da reallaşdıra bilmədiyimi gördüyüm üçün  müstəqil və  sərbəst işləməyi seçdim”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir