Modern.az

Pensiya və müavinətlərə, maaşlara yenidən baxılacaq - Büdcədən 128 milyon ayrılır

Pensiya və müavinətlərə, maaşlara yenidən baxılacaq - Büdcədən 128 milyon ayrılır

13 İyun 2018, 11:33

Azərbaycanda 2018-ci il dövlət büdcəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin,  dövlət büdcəsindən maliyyələşən təşkilatlarda  çalışan işçilərin əməkhaqqları üçün ayrılan vəsaitin məbləği artırılır.

Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirlib ki, pensiya və sosial müavinətlərin,  ünvanlı sosial yardımın, təqaüdlərin,  dövlət büdcəsindən maliyyələşən təşkilatlarda  çalışan işçilərin əməkhaqqlarının  cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər  sosial tədbirlərin  maliyyə təminatı üçün  təsdiq  edilmiş dövlət  nüdcəsində nəzərdə tutulmuş 384 milyon manatla yanaşı, 2018-ci ilin yenidən  baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128 milyon manat  vəsait yönəldiləcək.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir