Modern.az

Hakim partiya üzvlərinə hücum: 3 ölü, 9 yaralı

Hakim partiya üzvlərinə hücum: 3 ölü, 9 yaralı

14 İyun 2018, 20:30

Türkiyənin hakim Ədalət və İnkişaf  Partiyasının seçki kampaniyasının üzvlərinə silahlı hücum olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar. Silahlı insident nəticəsində 3 nəfər ölüb, 9-u yaralanıb. 

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir