Modern.az

Dünya Çempionatı-2018: Ronaldonun üç qol vurduğu oyun sülhlə bitdi

Dünya Çempionatı-2018: Ronaldonun üç qol vurduğu oyun sülhlə bitdi

15 İyun 2018, 23:51

Rusiyada keçirilən dünya çempionatında günün əsas oyun baş tutub. Modern.az xəbər verir ki, son oyunda yaşıl meydana Portuqaliya və İspaniya milli komandaları çıxıb. Oyunun birinci hissəsində Kristiano Ronaldo hesabı açıb. İlk hissəsinin 25-ci dəqiqəsində isə Dieqo Kosta hesabı bərabərləşdirib.

 

Oyunun birinci hissəsinin bitməsinə 1 dəqiqə qalmış Portuqaliya hesabı öz xeyrinə dəyişib. Ronaldo dünya çempionatında ikinci qolunu vurub.

 

Oyunun ikinci hissəsində Dieoqo Kosta özünün ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Oyunun  58-ci dəqiqəsində isə Naço Portuqaliyanın qapısından üçüncü topu keçirib.

 

Amma bu da oyunda vurulan son qol olmayıb. Oyunun son dəqiqələrində Kristiano Ronaldo cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hesabı yenidən bərabərləşdirib. Oyun elə bu hesabla da yekunlaşıb - 3:3.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir