Modern.az

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır"

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır

İqtisadiyyat

18 İyun 2018, 17:58

 

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emil Zeynalovun Bankın 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

 

Modern.az  xəbər verir ki, Qurumun mətbuat katibi Elşən Allahverdiyev “Report”a verdiyi açıqlamada bu məlumatların əsassız olduğunu bildirib.

 

“Palatanın əməkdaşları qrafikə uyğun olaraq bir aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, pridensial normalara uyğundur”, - deyə o, qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu