Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

19 İyun 2018, 21:59

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 75,42 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,43 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 74,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 18-də 72,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,46 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 18-də 73,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir