Modern.az

İcra başçısı keçmiş baş redaktora vəzifə verdi

İcra başçısı keçmiş baş redaktora vəzifə verdi

20 İyun 2018, 16:26

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bir sıra yeni təyinata imza atıb. Modern.az-ın məlumatına görə, İcra Hakimiyyətinin Aparatında vəzifəyə təyinat alanlar sırasında keçmiş baş redaktor da var.

Belə ki, icra başçısının müvafiq sərəncamı ilə “Binəqədi” qəzetinin keçmiş baş redaktoru Rüfət Mərdanov Yasamal Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin olunub.

R.Mərdanov “Binəqədi” qəzetindən öncə Vergilər Nazirliyinin “Vergilər” qəzetində də çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?