Modern.az

Ərdoğan nazirliklərin sayını AZALDACAQ - özü AÇIQLADI

Ərdoğan nazirliklərin sayını AZALDACAQ - özü AÇIQLADI

Dünya

22 İyun 2018, 11:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  nazirliklərin sayını yenidən ixtisar edəcəyini bildirib.

 

Modern.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, Ərdoğan hazırda nazirliklərin sayının 26 olduğunu bildirirək, onların 16-ya endiriləcəyini bəyan edib.

Ərdoğan yeni sistemdə köklü dəyişikliklərin olacağını və bu sistemin daha effektiv nəticələr verəcəyini qeyd edib.

 

“Misal üçün baş nazir olduğum dövrdə 37 nazirlik var idi. Onların sayını 26-ya endirdik. İndi də bu rəqəmi 16-ya endiririk” – Ərdoğan bildirib.

 

O, yeni rəhbərlik modeli ilə idarəetmənin daha sürətli, praktik və nəticə-yönümlü olacağına diqqət çəkib.

 

Ərdoğan qeyd edib ki,  iqtisadiyyat sahəsində fəaliyyət göstərən 6 nazirlik Ticarət Nazirliyində birləşdiriləcək.

 

Məlumata görə, daha 6 nazirlik isə 3 nazirlikdə birləşdiriləcək: Meşə, kənd təsərrüfatı nazirlikləri Kənd Təsərrüfatı və Meşə Nazirliyində birləşəcək, Avropa Birliyi Nazirliyi isə Xarici İşlər Nazirliyinin tabeliyinə veriləcək.  

Beləliklə yeni nazirliklərin ümumi siyahısı belədir:

 

1. Ədliyyə Nazirliyi,

2. Daxili İşlər Nazirliyi,

3. Milli Müdafiə Nazirliyi,

4. Milli Təhsil Nazirliyi,

5. Səhiyyə Nazirliyi,

6. Enerji və Təbii Sərvətlər Nazirliyi,

7. Ətraf Mühit və şəhərsalma üzrə Nazirliyi,

8. Mədəniyyət və Turizm Nazirliyi,

9. Gənclər və İdman Nazirliyi.

10. Xəzinədarlıq və Maliyyə Nazirliyi,

11. Nəqliyyat və İnfrastruktur Nazirliyi,

12. Xarici İşlər Nazirliyi,

13. İş, Sosial Xidmətlər və Ailə Nazirliyi,

14. Kənd Təsərrüfatı və Meşə Nazirliyi,

15. Sənaye və Texnologiya Nazirliyi

16. Ticarət Nazirliyi

 

Əvəz ZEYNALOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub