Modern.az

Ərdoğan ilk turda qalib gələcək? - PROQNOZ

Ərdoğan ilk turda qalib gələcək? - PROQNOZ

22 İyun 2018, 16:37

Türkiyədə 24 iyun prezident və parlament seçkiləri öncəsi siyasi qeyri-müəyyənlik davam edir.

 

Modern.az xəbər verir ki,  son həftələrdə ictimai təşkilatların keçirdiyi rəy sorğuları birmənalı nəticələr göstərmirdi. "Exit-poll"ların bəzisi Ərdoğanın və onun partiyasının ilk turda mütləq qələbəsini proqnozlaşdırırdısa, seçki gününə yaxın 2-ci turun keçirilməsi ehtimalı da artmaqda davam edirdi.  

 

“Sonar” şirkətinin rəy sorğuları seçkilərdə Ərdoğanın 48,3%, Məhərrəm İncənin isə 31,4% səs toplayacağını proqnozlaşdırır.

 

“Sonar” Türkiyə Böyük Millət Məclisinə seçkilər zamanı AKP-MHP cütlüyünü 49,3% (AKP-42,2%, MHP-7,1%), müxalifət alyansının isə 39,5% (CHP-28,2%, İyi Parti-9,2%, Səadət Partiyası-2,1%) səs toplayacağını açıqlayıb.

 

“MAK” agentliyi isə Ərdoğanın ilk turda 51,5%, Müharrem İncenin isə 24,4% səs toplayacağını gözləyir. Parlament seçkilərinə gəlincə, iqtidar-MHP alyansının – 52,7% (AKP-43,5%, MHP-9,2%), əsas müxalif güc ittifaqının isə 36,7% (CHP-24,2%, İyi Parti-10,3%, Səadət Partiyası – 2,2%) seçicinin dəstəyini alacağını hesablayıb.

 

“Gezici” şirkətinin "exit-poll"u Ərdoğanın ilk turda 46% səs toplayaraq ikinci turda CHP namizədi Muharrem İnce ile mübarizə aparacağını, “İyi Parti”nin namizədi Meral Akşenerin isə 3-cü pillədə qərar tutacağını düşünür.


Prezident seçkilərinin 2-ci tura qalıb-qalmayacağı ehtimalı ciddi mübahisələrə səbəb olub. Bəzi ekspertlər 2-ci turda bütün müxalifət partiyalarının İnce ətrafında birləşəcəyini və siyasi proseslərdə müstəqil güc kimi iştirak edən HDP-nin də bu zaman İnceyə dəstək verə biləcəyini ehtimal edir. 

 

Onların fikrincə, 2018-ci ilin prezident seçkiləri Ərdoğan üçün 16 illik iqtidarının ən ciddi siqnalı olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir