Modern.az

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"

22 İyun 2018, 18:54

Türkiyənin Xarici İşlər və Avropa İttifaqı İşləri üzrə nazirlikləri seçkilərdən sonra birləşdiriləcək.

 

Modern.az-ın  məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Dövlət başçısı deyib ki, Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Meşə Təsərrüfatı və Su Ehtiyatları Nazirliyi də birləşdiriləcək.

 

R.T.Ərdoğan qeyd edib ki, seçkilərdən sonra ölkədə ümumilikdə 16 nazirlik fəaliyyət göstərəcək.

 

O əlavə edib ki, bundan başqa, bir sıra nazirliklərin adının dəyişdirilməsi gözlənilir.

 

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu