Modern.az

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb

22 İyun 2018, 20:31

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı tətbiq edilən sanksiyanı daha bir il müddətinə uzadıb.  Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Sanksiyalar 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə verilmiş bir sıra fərmanla tətbiq edilib.

Onlar KXDR-in nüvə və raket proqramına, o cümlədən çirkli pulların yuyulması, kiber-hücumlar, insan hüquqlarının pozulmasına qarşı yönəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi