Modern.az

İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdi

İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdi

22 İyun 2018, 22:13

Fransa Prezidenti Emmanuel Makronun Əmək Məcəlləsi ilə bağlı qərarına qarşı etiraz edən işçilər Yelisey sarayının qazını kəsiblər. Modern.az xəbər verir ki, Milli Elektrik və Qaz İdarəsinin əməkdaşları saraya qaz verilişini 3 saat müddətinə dayandırıb.

 

Məsələ ilə bağlı hökumətdən hər hansı açıqlama verilməyib.

 

Qeyd edək ki, bir neçə ay əvvəl Makronun Əmək Məcəlləsi ilə bağlı qanuna dəyişiklik etməsi Fransanın müxtəlif şəhərlərində etiraz aksiyalarına səbəb olmuşdu.

 

Kütləvi etirazlar müəyyən fasilələrlə davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir