Modern.az

Messi ölümdən son anda döndü

Messi ölümdən son anda döndü

23 İyun 2018, 20:16

Argentina millisinin uğursuz çıxışına rəğmən komandanın ulduzu Lionel Messinin etdiyi hərəkət dünya gündəmini zəbt edib. Modern.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Xorvatiya ilə oyundan öncə cənubi amerikalıları Nijni Novqorod şəhərinə aparan təyyarənin enişdən öncə cəmi 10 dəqiqəlik yanacağı olub.

 

Təyyarə Nijni Novqorod hava limanına çatmamış qəza enişi edib. Saytın iddiasına görə təyyarə qəzaya düşə bilərmiş. Son anda pilotların davranışı Argentina millisini ölümdən xilas edib. Ardınca isə komandanın texniki işçiləri maaşlar verilmədiyinə görə üsyan ediblər. Aşpazlar yemək hazırlamağa razı olmayıb. Sonda Lionel Messi işçilərin maaşını öz cibindən ödəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər