Modern.az

OPEK-dən Rusiyaya təklif

OPEK-dən Rusiyaya təklif

23 İyun 2018, 21:56

OPEK Rusiyanı müşahidəçi ölkə qismində təşkilata qoşulmağa dəvət edib. Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Energetika, Sənaye və Mədəni Ehtiyatlar naziri Xalid əl-Fəlih məlumat yayıb. O, OPEK-in tərkibindəki bütün dövlətlərin Rusiyanın iştirakından məmnun olacağını bildirib: “Rusiyanı müşahidəçi kimi dəvət etmişik. Onlardan təşkilata qatılmaq üçün rəsmi tələb gəlməsini səbirsizliklə gözləyirik”.

 

Rusiyanın Energetika naziri Aleksandr Novak isə Moskvanın sözügedən təklifi diqqətlə nəzərdən keçirdiyini deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır