Modern.az

45 İŞİD terrorçusu məhv edildi

45 İŞİD terrorçusu məhv edildi

23 İyun 2018, 23:17

İraq Hərbi-Hava Qüvvələrinin Suriyada həyata keçirdiyi hava hücumları nəticəsində 45 İŞİD terrorçusu məhv edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, F-16 hərbi təyyarələri Hajin qəsəbəsində İŞİD-çilərin yerləşdiyi 3 binaya aviazərbələr endirib.

 

Ölən terrorçular arasında İŞİD-in lideri Əbubəkr Bağdadinin şəxsi kuryerinin, "müharibə naziri"nin köməkçisinin və "polis şefi"nin olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?