Modern.az

Dünya Çempionatı-2018: Almaniya son anda  qrupdan çıxma sanşı qazandı

Dünya Çempionatı-2018: Almaniya son anda  qrupdan çıxma sanşı qazandı

23 İyun 2018, 23:59

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin növbəti gününün sonuncu oyununda  “F” qrupunda yer alan Almaniya və İsveç milliləri qarşılaşıblar. Modern.az xəbər verir ki,  “Fişt-Arena”da keçirilən qarşılaşma maraqlı anlarla yadda qalıb.

Oyunda ilk qol İsveç millisindən gəlib. Oyunun 32-ci dəqiqəsində Toivonen fərqlənib.

Almaniya yığması yalnız 48-ci dəqiqədə Marko Roysun qolu ilə hesabı bərabərləşdirə bilib. Oyunun 82-ci dəqiqəsində isə Jerom Boatenq qırmızı vərəqə alaraq Almaniya yığmasını azlıqda qoyub.

Oyunun bu hesabla yekunlaşacağı gözlənildiyi halda 90+5-ci dəqiqədə Almaniya onun üçün son dərəcə vacib olan qələbə topunu vurub. Toni Kroos cərimə zərbəsindən vurduğu gözəl qolla komandasının  qrupdan çıxmaq şansını qoruyub saxladı.

 

Qeyd edək ki, Almaniya komandası dörd dəfə - 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu adını qazanıb.

 

İsveçlilər 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi ediblər. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir