Modern.az

“Polis” 20 qəpik ödəməmək üçün avtobusun açarını qırdı - VİDEO

“Polis” 20 qəpik ödəməmək üçün avtobusun açarını qırdı - VİDEO

Aktual

24 İyun 2018, 00:16

Bakıda özünü polis əməkdaşı kimi təqdim edən şəxs avtobusa kartsız minmək istəyib. Modern.az “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə metorunun “20 Yanvar” stansiyasının yaxınlığında, 18 saylı marşrut avtobusunda baş verib.

Bir gənc əvvəlcə əlində qırmızı bir vəsiqə göstərib, sonra əli ilə çiyinini göstərərək polis olduğunu işarə edib. Bu şəkildə avtobusa pulsuz minmək istəyib.

Sürücüsü isə sərnişindən kart vasitəsi ilə ödəniş etməsini tələb edib. Bundan sonra mübahisə böyüyüb. Həmin şəxs avtobusun açarını qıraraq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı marşrut xəttinin məxsus olduğu şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir