Modern.az

Bu gün Türkiyədə xalq prezident və parlamenti seçir

Bu gün Türkiyədə xalq prezident və parlamenti seçir

Dünya

24 İyun 2018, 00:29

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Modern.az xəbər verir ki, bu ilin aprel ayında ölkə rəhbərliyi növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verib.

Səsvermə prosesi ölkə daxilində 24-un tarixində səhər saat 8-də başlayacaq. Axşam saat 5-də isə seçki məntəqələrinin qapıları seçicilərin üzünə bağlanacaq.

Prezidentlik üçün 6 namizəd mübarizə aparır:

Rəcəb Tayyib Ərdoğan - AKP

Mearal Akşener - İYİ Partiya

Muharrem İnce - CHP

Doğu Perinçek - Vətən Partiyası

Temel Karamollaoğlu - Səadət Partiyası

Selahettin Demirtaş - HDP

 

Parlamentə keçirilən seçkilərdə isə 10 partiya mübarizə aparır:


Ədalət və İnkişaf Partiyası (AKP)

Müstəqil Türkiyə Partiyası

Böyük Birlik Partiyası (BBP)

Cümhuriyyət Xalq Partiyası (CHP)

Demokrat Partiya

Xalqların Demokratik Partiyası (HDP)

İYİ Partiya

Milliyyətçi Hərəkat Partiyası (MHP)

Səadət Partiyası

Vətən Partiyası

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi