Modern.az

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  

Aktual

24 İyun 2018, 08:47

Dini səbəblər üzündən uzun illərdir avtomobil idarə etmək qadağası yaşayan Səudiyyə Ərəbistanının qadın vətəndaşları üçün bu gündən jəmin yasaq götürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə telekanalları ilk dəfə sükan arxasında əyləşib yola çıxan qadın sürücülərin görüntülərini yayınlayıb.

Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz bir müddət öncə verdiyi fərmanla, qadınların da 24 iyun tarixindən etibarən maşın sürmə imkanına malik olacağı bildirmişdi.

Dünyada qadınların avtomobil istifadə etməsinin qadağan edildiyi yeganə ölkə Səudiyyə Ərəbistanı idi. Səudiyyənin dini alimləri "Qadınların avtomobil istifadə etməsi haramdır" deyə, bu qadağaya nail olmuşdular.

Bu gündən həmin fətva ləğv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır