Modern.az

Ermənistanda sərxoş komandir əsgərini güllələyib

Ermənistanda sərxoş komandir əsgərini güllələyib

26 İyun 2018, 22:43

Ermənistan ordusunun kapitanı öz əsgərini güllələyib. Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, qətli törədən zabit Karapetyan hadisə vaxtı sərxoş olub.

Belə ki, o, əsgər Darbinyanın əlindən avtomatını alaraq atəş açmağa başlayıb. Nəticədə bir neçə metr aralıda dayanan müqaviləli hərbçi Ovannes Melkonyan aldığı güllə yarasından hadisə yerində ölüb.

 

Qətl törədən erməni zabitə qarşı üç maddə ilə cinayət işi açılıb, istintaq davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu