Modern.az

Azərbaycanda bu ixtisaslara qəbul planı azaldı - Təhsilhaqqı isə 1000 manat bahalaşdı

Azərbaycanda bu ixtisaslara qəbul planı azaldı - Təhsilhaqqı isə 1000 manat bahalaşdı

10 İyul 2018, 11:18

Bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib.


Modern.az-ın
məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.


Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə  yeni ixtisaslar da yaranıb:


1. Bitki mühafizəsi

2. Bağcılıq və tərəvəzçilik


K. Əsədov həmçinin IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını qeyd edib.

1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsilhaqqı 4500 mnat (2017-də 3000 AZN idi).

2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).

3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).

4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi). 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır