Modern.az

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”

20 İyul 2018, 17:48

“Həyəcandan əlim əsir, ürəyin döyünür”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri AzEdu.az-a açıqlaması zamanı  700 bal toplayan Anar Abıyev deyib. O bu nəticəni qazandığına olduqca sevinib:

“Nəticələr çıxanda sevincimdən nə etdiyimi bilmədim. Ailəmlər bir yerdə çox sevindik. Dərhal təbrik zəngləri gəldi, onlara cavab verdim. Həyəcandan əlim əsir, ürəyin döyünür. Bu nəticəni özümdən gözləyirdim. Abituriyentlərə tövsiyəm odur ki, ilin əvvəlindən qabaqlarına məqsəd qoysunlar. Müəllimlərin tövsiyələrinə qulaq asmaq, əyləncədən bir az uzaq olub dərsə vaxt ayırmaq lazımdır”.

 

Qeyd edək ki, Anar Abıyev 18 iyulda keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi