Modern.az

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi

Aktual

20 İyul 2018, 18:12

Sinqapurda xakerlər ölkənin ən böyük tibb müəssisələri qrupu “SingHealth”in məlumat bazasından 1,5 milyon nəfərin məlumatlarını ələ keçiriblər.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, şəxsi məlumatları oğurlana şəxslərin sırasında ölkənin baş naziri Li Syanlunun və bir neçə nazirin də adları var.

 

Hakimiyyət baş nazirin şəxsi məlumatlarının dəfələrlə bu cür hücumların hədəfi olduğunu bildirib.

Nəşrin məlumatına görə bu hücum “dövlət tərəfindən” maliyyələşən hadisədir.

 

Kiber təhlükəsizlik agentliyindən bu hadisənin yaxşı planlaşdırılmış və xüsusi bir qrup tərəfin dən həyata keçirildiyi hesab edilir.

 

Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?