Modern.az

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Aktual

20 İyul 2018, 18:28

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, iyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən F.Şahsuvarov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü