Modern.az

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

Aktual

20 İyul 2018, 19:40

İngiltərənin "Çelsi" futbol komandasının sabiq baş məşqçisi Antonio Konte klubun onu istefaya göndərmək qərarından narazı qalıb.

 

"The Times" nəşri xəbər verir ki, italiyalı mütəxəssis London təmsilçisini məhkəməyə vermək niyyətindədir.

 

İtaliyalı hüquqşünasların fikrincə, Konte növbəti mövsüm başlamazdan öncə iş tapa bilməyəcək. O, məhkəmənin qərarı ilə 2018-2019 mövsümünün sonunda "Çelsi"dən 9 milyon avro kompensasiya ala bilər.

Qeyd edək ki, Antonio Konte 2016-cı ildən "Çelsi"yə rəhbərlik edirdi. O, iyulun 13-də baş məşqçi vəzifəsindən ayrılıb. Lonton klubu Mauritsio Sarriyə həvalə olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!