Modern.az

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB

21 İyul 2018, 00:31

"Azərenerji" ASC-nin "8-ci Mikrorayon" adlandırılan xəttində açılma baş verib. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Bu da qısa müddətli olub". Modern.az xəbər verir ki, bunu "Report"a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

 

Y.Babanlının sözlərinə görə, problem qısa zamanda aradan qaldırılıb. "Azərenerji" ASC-nin tabeliyindəki heç bir stansiyada hər hansı hadisə baş verməyib", - deyə o bildirib.

ASC rəsmisi qeyd edib ki, hazırda stansiyalar öz gücündə çalışır.  

 

23:05

 

Paytaxtın bəzi ərazilərinə elektrik enerjisinin verilməsində problem yaranıb. Modern.az xəbər verir ki, bu barədə paytaxt sakinləri sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, paytaxtın Nizami və Xətai rayonlarının bəzi əraziləri qaranlıqda qalıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir