Modern.az

Jurnalist Aqil Ələsgər sərbəst buraxıldı - FOTO  

Jurnalist Aqil Ələsgər sərbəst buraxıldı - FOTO  

1 Avqust 2018, 10:05

Xəbər verdiyimiz kimi, dünən "Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgərin yoxa çıxdığı  barədə məlumat yayılmışdı.  Ailəsi jurnalistin naməlum şəxslər tərəfinfən oğurlandığını iddia edirdi.



Amma sonradan Mətbuat Şurasının sədri Əflatun Amaşovun araşdırması nəticəsində məlum oldu ki, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Modern.az-ın məlumatına görə, artıq Aqil Ələsgər sərbəst buraxılıb.

Bu barədə onun  yaxın dostu Toğrul Allahverdili Facebook səhifəsində yazıb.

 

 “Dostlar, narahat olmayın!. Aqil Ələsgərlə bağlı bütün narahatlıqlar geridə qaldı. O, artıq evindədir”.

Aqil Ələsgərin saxlanılmasının səbəbləri barədə hələ ki məlumat verilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü