Modern.az

Taleh Şahsuvarlı 6 yaşlı sayta baş redaktor aparıldı - FOTO  

Taleh Şahsuvarlı 6 yaşlı sayta baş redaktor aparıldı - FOTO   

Media

1 Avqust 2018, 15:06

Bu gün AzNews.az saytının 6 yaşı tamam olur. Modern.az saytı xəbər verir ki, ad günü ərəfəsində AzNews.az-a yeni baş redaktor təyin olunub, bu, tanınmış jurnalist Taleh Şahsuvarlıdur.

Taleh Şahsuvarlı Modern.az-a açıqlamasında yeniliklərdən söz açıb.

“Bir həftə olar ki, Aznews.az saytına baş redaktor təyin olunmuşam. Bu saytın yaranmasında Elçin Zahiroğlunun böyük əməyi var. Onun sayəsində məşhurluq qazanıb və yaxşı reputasiya əldə edib. O cümlədən Ceyhun Əsgərovun rəhbərlik etdiyi dönəmdə öz uğurlarını davam etdirib. Ümid edirəm ki, saytın veterenlarının təcrübəsi, yeni və gənc komandamızın yaradıcılıq əzmi ilə yaxın aylarda ilk beşlikdə təmsil olunan bir portal təqdim edə biləcəm. Bu əlamətdar günümüzdə Mətbuat Şurasının üzvü olaraq bizə həm öz, həm də MŞ-nın sədri Əflatun Amaşovun təbriklərini çatdıran Elçin Mirzəbəyliyə öz təşəkkürümü ifadə edirəm”.

Yeni baş redaktor yeniliklərin də olacağına işarə edib.

“Yaxın aylarda Azərbaycan üçün çox da tanış olmayan konsepsiya ilə fəaliyyət göstərəcəyik. Ancaq yaxşı olar ki, arxı adlayaq, sonra bərəkallah deyək özümüzə. Vaxtı çatanda oxucuların fikir bildirməyə sözü olacaq”.

Həmkarlarımızı bütün əməkdaşlarımız adından bu əlamətdar gün münasibəti ilə təbrik edir, onlara bu çətin peşə yolunda uğurlar arzulayırıq!

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir