Modern.az

8 yaşlı “Qafqazinfo”nun rəhbəri: “Yeyib-içib bir-birimizi tərifləyəcəyik”

8 yaşlı “Qafqazinfo”nun rəhbəri: “Yeyib-içib bir-birimizi tərifləyəcəyik”

16 Avqust 2018, 10:10

Bu gün “Qafqazinfo” xəbər portalının  8 yaşı tamam olur. 2010-cu ilin avqustun 16-da fəaliyyətə başlayan xəbər portalı  ötən 8 il ərzində mediada özünəməxsusluğu ilə seçilib.

 

“Qafqazinfo”nun baş direktoru  Elbrus Ərud Modern.az saytı ilə öz təəssüratlarını bölüşüb. O bildirib ki,  hər hansı bir media qurumunu ayrıca qiymətləndirmək olmaz :

 

“Bir media qurumunu mətbuatdan ayırıb ona  qiymət vermək , tərifləmək  düzgün deyil. Gərək məsələyə kompleks yanaşasan: məsələn, Azərbaycan mətbuatının fonunda. Bu fonda “Qafqazinfo”  ölkənin aparıcı  xəbər portallarından biridir və  bildiyiniz kimi 8 ildir fəaliyyət göstərir. Azərbaycanda bəlkə də yeganə xəbər portalıdır ki,  əlavə dəyər vergisi ödəyicisidir. Kollektivimiz 20 nəfərdən ibarətdir və hamısı əmək müqaviləsi bağlamış ştatlardılar”.

 

E.Ərud qeyd edib ki, bu gün “Qafqazinfo”  ölkədə operativ informasiya  mənbəyi kimi tanınan media qurumudur:

“İşlərimiz gedir, çalışırıq.  Azərbaycan mətbuatı nə qədər inkişaf edirsə, “Qafqazinfo” da onun fonunda  adekvat davam edir. Yəni ötən 8 ili pis qiymətləndirmək olmaz.

 

Biz həmişə təmtəraqlı tədbirlərdən yayınmışıq. Düşünürük ki, bu gün də qeyri-adi hadisə   deyil, yəni bir şirkətin yaranma günüdür.  Bu tarix ancaq 20 nəfər – işləyənlər üçün  maraqlıdır. “Qafqazinfo”da  çalışan insanlar da yığışıb şirkətin yaranma gününü qeyd edəcək. Kollektivlə birlikdə yeyib-içəcəyik, bir-birimizi tərifləyəcəyik”.

 

Modern.az kollektivi adından həmkarlarımızı təbrik edirik. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir