Modern.az

“Ermənistanın sülhə necə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov

“Ermənistanın sülhə necə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov

15 Oktyabr 2018, 21:46

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir. Erməni həmkarım ilə keçirdiyim iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir”.  Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı bildirib.

 

Elmar Məmmədyarov bildirib ki, Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq: “Bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq