Modern.az

Vəzifəyə irəli çəkilən deputatlar kimdir? - DOSYE  

Vəzifəyə irəli çəkilən deputatlar kimdir? - DOSYE   

Parlament

24 Oktyabr 2018, 15:31

Oktyabrın 30-da parlamentin iclasında Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi ilə bağlı məsələyə baxılacaq və qərar qəbul ediləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

 

Modern.az saytı Milli Məclisin iki  komitəsinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülən deputatlar haqqında məlumatları təqdim edir:

 

Çingiz Qənizadə - 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə dördüncü (2010-2015) və beşinci (2015-2020) çağırış Milli Məclisin deputatıdır. Hüquq üzrə fəlsəfə doktorudur. Parlamentdəki bütün fəaliyyəti dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olub. Hazırda da həmin komitənin üzvüdür.

Deputat həmçinin, Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Türkiyə, Rusiya, Avstriya, İspaniya, Çexiya, Finlandiya, Belarus və Yunanıstanın Parlamentlərarası İşçi Qrupunun üzvüdür.

Çingiz Qənizadə bununla yanaşı, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür. Deputat həmçinin, AŞPA-nın Hüquq və İnsan Haqları komitəsinin  üzvüdür.  

Deputat  həmçinin , Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvüdür. O, 2017 iyulun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Şahin İsmayılov - beşinci (2015-2020) çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

4 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü seçilib.

Deputat həmçinin, 2011-ci ildə Bakı Şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən İlin ən yaxşı layihəsini hazırlayıb təqdim etdiyinə görə “Yaxşıların yaxşısı”,  2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən ictimai fəal gənci” nominasiyası üzrə mükafatlara, 2014-cü ilin 1 fevral tarixində isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb.

Hazırda deputat olmaqla yanaşı,  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədridir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!