Modern.az

Gürcüstandakı prezident seçkisində II tur olacaq

Gürcüstandakı prezident seçkisində II tur olacaq

29 Oktyabr 2018, 08:27

Gürcüstanda dünən keçirilmiş prezident seçkisinin ilkin nəticələri böyük ehtimalla ikinci turun olacağını deməyə əsas verir. Məsələ burasındadır ki, prezidentlik uğrunda yarışan əsas iki namizəd lazım olan səsləri tam toplaya bilməyib.

Modern.az "Novosti Qruziya" agentliyinə istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün səhər saat 8:00-a olan məlumatına görə, müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.

Məlumata görə, Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini, David Bakradze isə 10,97 faizini toplayıblar.

Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir. Beləliklə, Gürcüstan seçkisində II tur keçiriləcək.

Salome Zurabişvili - 614 964 səs;
Qriqol Vaşadze - 599 662 səs;
David Bakradze - 174 555 səs.

Digər namizədlərin səs faizi isə çox aşağıdır.

Qeyd edək ki, Gürcüstandakı prezident seçkilərində 25 namizəd mübarizə aparsa da, əsas mübarizə yuxarıda adları çəkilən 3 nəfər arasında gedib.

Hakim “Gürcü arzusu” partiyası Fransa doğumlu keçmiş xarici işlər naziri, müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyir.

Eks-prezident Mixail Saakaşvilinin tərəfdarları olan müxalifətçilər isə digər namizəd Qriqol Vaşadzeni dəstəkləyir.

Yeri gəlmişkən, 3-cüc əsas namizəd David Bakradze artıq bəyan edib ki, II turda tərəfdarlarını Qriqol Vaşadzeni dəstəkləməyə çağırır.



A.Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?