Modern.az

“Canları sağ olsun, qoy yazsınlar” - Bakı Meriyasının məzuniyyətə göndərilən eks-mətbuat katibi

“Canları sağ olsun, qoy yazsınlar” - Bakı Meriyasının məzuniyyətə göndərilən eks-mətbuat katibi

Media

30 Oktyabr 2018, 08:29

“Hazırda məzuniyyətdəyəm, istirahət edirəm”.

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib.


N.Məmmədova vəzifəsindən azad edilməsilə bağlı mediada yayılan xəbərlərə aydınlıq gətirərkən, “yəqin jurnalistlər zəng edib, telefonu açmamışam, ona görə belə düşünürlər”, -deyib.


O, vəzifəsindən azad olunmadığını desə də, BŞİH-dən N.Məmmədovanın vəzifəsinin dəyişdirilərək, baş mütəxəssis təyin olunduğu vurğulanıb.


N.Məmmədova onun vəzifədən azad edilməsilə bağlı yazanlara gülərək, “yazırlar, canları sağ olsun. Qoy yazsınlar”,- deyə reaksiya verib.

 

Xatırladaq ki, Nailə Polad qızı Məmmədova 2014-cü il iyulun 1-dən BŞİH-nin o vaxtkı rəhbəri Hacıbala Abutalıbovun sərəncamına əsasən, mətbuat xidmətinin rəhbəri təyin olunmuşdu.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı