Modern.az

Şamaxının yeni icra başçısı nazir müşaviri olub   

Şamaxının yeni icra başçısı nazir müşaviri olub   

30 Oktyabr 2018, 16:33

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Modern.az xəbər verir ki, T.Məmmədov bu təyinatadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri vəzifəsində işləyirdi.

Daha əvvəl isə o, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazirliyə gəlməzdən öncə T.Məmmədov İctimai Televiziyada müxtəlif vəzifələrdə çalışıb, departament direktoru olub və “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Prezidentin bugünkü sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?