Modern.az

Evli olan azərbaycanlı qadın türkiyəli kişinin başına OYUN AÇDI

Evli olan azərbaycanlı qadın türkiyəli kişinin başına OYUN AÇDI

30 Oktyabr 2018, 17:44

10 illik evli olan azərbaycanlı qadın Türkiyədə dini kəbinlə yenidən evlənib.

Modern.az “Hürriyet”ə istinadən xəbər verir ki, İsmail Doğan adlı Türkiyə vətəndaşı iki ay əvvəl evləndiyi azərbaycanlı qadın 10 illik evli çıxdığına görə 60 min türk lirəsi (TL) zərərə düşdüyünü iddia edib.


İsmail Doğan prokurorluğa şikayət edib. Sivasda yaşayan 32 yaşlı İsmail Doğan iki ay əvvəl qohum tövsiyəsi ilə Kocaeli Karamürseldə yaşayan 26 yaşlı azərbaycanlı G.Daşdəmirova ilə 3000 TL başlıq pulu ödəyərək, dini kəıbinlə evlənib. Doğanın iddiasına görə, evləndikləri gündən sonra Daşdəmirova davamlı olaraq fərqli səbəblərə görə pul tələb edib. İsmail Doğan rəsmi nikah etmək istədiyində isə Daşdəmirova xəstələndiyini iddia edərək, evi tərk edib.


Bundan sonra İsmayıl Doğan bacısı Demet Doğan ilə  prokurorluğa gedərək, aldadıldığı səbəbilə şikayət edib.

 

İsmail Doğan  bildirib ki, öncə ilə 3000 TL başlıq pulu verib.

“Daha sonra südpulu, ardından konsulluq işlərinə ödəmək üçün 5000 TL ödədim. Pul tələbi bitmək bilmirdi. Vəziyyətdən şübhələnəndə rəsmi nikaha girmək istədim. O, xəstələndiyini dedi, depressiyaya girdiyini iddiya iddia edincə, müalicə başladı. Qaçacağını düşününcə polis idarəsinə gedərəkŞ yardım istədim. Burada 10 illik evli olduğunu öyrəndik. Prokurorluğa gedib şikayət etdim”.

Zərərçəkmişin bacısı Demet Doğan deyib ki, qardaşının xoşbəxt olması üçün bu evliliyə razı olub.

“Biz maddi və mənəvi olaraq yıxıldıq. 60000 TL-yə yaxın aldadıldıq. Qoy həmvətənlərimiz evlənirkən milli qadınlarla evlənsinlər. Heç bir zaman əcnəbi gəlin alıb pis vəziyyətə düşməsindən”.


İsmail Doğan toy günü gəlin maşının üzərinə “Türkiyədə yoxdu, Azərbaycandan aldım” yazıb. İki ay davam edən və sonu uğursuzluqla bitən evlilikdən geriyə toy şəkilləri qalıb.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı