Modern.az

Adambaşına 966,2 ABŞ dolları xarici borcumuz var

Adambaşına 966,2 ABŞ dolları xarici borcumuz var

2 Noyabr 2018, 12:22

2018-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 9 milyard 600 milyon 200 min ABŞ dolları (16 milyard 320 milyon 300 min manat) təşkil edir.

Modern.az xəbər verir ki, bu barədə “2019-cu ilin büdcə zərfi”ndə qeyd edilib.

Bildirilir ki, imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 21,9 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 966,2 ABŞ dolları olub.


Ölkəyə cəlb edilmiş kreditlərin 47,1 faizini sabit dərəcə ilə olan kreditlər, 52,9 faizini isə dəyişən dərəcə ilə olan kreditlər təşkil edir.


İmzalanmış müqavilələrə uyğun olaraq , xarici dövlət borcunun 41,3 faizi 10 ilə qədər olan müddətdə, 54,3 faizini 10 ildən 20 ilə qədər olan müddətdə, 4,4 faizi isə 20  ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.


Yeri gəlmişkən, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da göstərilib ki, xarici dövlət borcunun 2019-cu ildə 9 milyard ABŞ dollarından 2025-ci ildə 3,8 milyardABŞ dollarınadək azalacağı gözlənilir.

 

 

Mail Ağaxanov     

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir