Modern.az

Məhkəmə hakimləri təyin edildi - Aralarında xanımlar da var - SİYAHI  

Məhkəmə hakimləri təyin edildi - Aralarında xanımlar da var - SİYAHI   

Ölkə

2 Noyabr 2018, 12:26

Milli Məclisin bu gün keçirilən iclasında Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

 

Modern.az xəbər verir ki, Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri təyin edilib.

 

Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məmmədova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Hüseyn Aida Əli qızı “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilib.

 

Salman Hüseynov, Afiq Hüseynzadə və Rəşad Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin, Hökümə Babayeva, Ruhiyyə Əsgərova, Fuad Məmmədov, Məhəmmədəli Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin, Fehruz Abbasov, Müşfiq Həsənov, Taleh Kərimov, Fuad Sultanov, Elşad Əliyev Şirvan Apellyasiya Məhkəməsinin, Akif Eyvazov, Ayaz Mahmudov, Vəzirxan Məlikov, Mübariz Hüseynov Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!