Modern.az

Maliyyə naziri maaş və pensiya artımından DANIŞDI  

Maliyyə naziri maaş və pensiya artımından DANIŞDI   

7 Noyabr 2018, 11:37

“Cari ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib”.

Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib. Nazir bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb.

Nazir qeyd edib ki, eyni zamanda, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.

S.Şərifov bildirib ki, dövlət büdcəsi layihəsində ölkəmizin beynəlxalq fəaliyyəti, beynəlxalq təşkilatlarda təmsil olunması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 207 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.


Nazir deyib ki, həmin vəsaitin 115 milyon manatı Azərbaycan Respublikasının xaricdə diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlıdır. Təxminən 4 milyon manat ölkəmizin xaricdəki ticarət nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi xərcləridir. 4,2 milyon manat ölkəmizin xarici dövlətlərdəki mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmini ilə bağlıdır.

“Digər tərəfdən isə üzvlük haqları ilə əlaqədar vəsaitlər nəzərdə tutulur. 23 milyon manat beynəlxalq maliyyə kreditinin, 24 milyon manat ictimai-siyasi təşkilatlara üzvlük haqqı xərclərinin maliyyə təminatına ayrılıb. Xarici dövlətlərdə ölkəmizin diaspora təşkilatlarının formalaşdırlması və möhkəmləndirilməsi məqsədlərinə də vəsait ayrılır. Ümumiyyətlə, ölkəmiz tərəfindən çox aktiv beynəlxalq fəaliyyət həyata keçirilməkdədir. Bu fəaliyyətin təmin edilməsi üçün dövlət büdcəsindən müxtəlif istiqamətlər üzrə vəsaitin ayrılması təmin olunub”,- deyə S.Şərifov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub