Modern.az

“Rusiya Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq” - Metyu Brayza

“Rusiya Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq” - Metyu Brayza

14 Noyabr 2018, 20:16

"Oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa verən Nikol Paşinyanın hərəkətlərini "siyasi uzaqgörənlik" adlandırmaq olar. Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə, çox güman ki, Nikol Paşinyan qalib gələcək. Bu, Yerevanın kursunda köklü dəyişikliyə səbəb olacaq. Moskva isə buna qarşı çıxır". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini Metyu Brayza bildirib.

 

Metyu Brayzanın qənaətinə görə, Ermənistanın iqtisadiyyatını hələ də Rəsmi Moskva idarə edir: “Rusiya bununla Ermənistanın siyasi elitasına da təsir göstərir. Rusiyanın iqtisadi təsir alətlərindən istifadə edərək Ermənistanın siyasi dairələrində əhval-ruhiyyəni dəyişdirməyə çalışaması da istisna edilmir. Amma ümid edirəm ki, Paşinyan, eləcə də Prezident Armen Sarkisyan və digər siyasətçilər müstəqil olmağa çalışacaqlar".

 

Ekspert Paşinyanın Ermənistanda demokratik dəyişikliklərə nail olmaq istəyi Qərb tərəfindən dəstəkləndiyini vurğulayıb: “Amma ermənilərin əksəriyyəti Rusiyanı xarici təhdidlərə qarşı müdafiəçi kimi görür. Rusiya gələcəkdə də Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı