Modern.az

Deputat spikerdən xahiş etdi: “Nazirə deyin, bu adamları qəbul etsin”

Deputat spikerdən xahiş etdi: “Nazirə deyin, bu adamları qəbul etsin”

15 Noyabr 2018, 12:28

“Milli Məclisin qarşısına şəhid ailələri toplaşıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin iclasında deyib.

 

Deputat Milli Məclisin sədri Oqtay Əsədovdan belə bir xahiş edib:

 

“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə deyin ki, bu adamları bir-bir qəbul etsin. Və birdəfəlik başa salsın ki, bu adamlara “qanpulu” düşür, ya yox. Yoxsa, bu adamlar bizim hər dəfə qarşımızı kəsirlər, yalvarırlar, xahiş edirlər. Bu məsələni həll etmək lazımdır. Lazımdırsa, bununla bağlı bir komissiya yaradaq və biz məşğul olaq”.

 

Vahid Əhmədov qeyd edib ki, nazir o adamlarla görüşə bilmirsə, vaxtı yoxdursa, bu başqa məsələ.

 

“Bu, birbaşa olaraq, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə aid olan məsələdir. Məsələni də axıra çatdırmaq lazımdır. Oqtay müəllim, xahiş edirəm bu məsələ ilə bağlı tapşırıq verin”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi